Türkiyənin 3 vilayətində FETÖ-ya qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Arazmedia.Az xəbər verir ki, Türkiyə Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində FETÖ / PDY ilə əlaqədə olmaq ittihamı ilə 19 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Balıkesir, İstanbul və Dənizli Jandarma Komandanlığı tərəfindən hərəkətə keçirilən və eyni vaxtda təşkil edilən əməliyyatda 17 şübhəli saxlanılıb.