Türkiyəli aparıcı Seren Serengil təcili əməliyyata alınıb.
Arazmedia.Az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə onun sevgilisi Mustafa Tohma sosial şəbəkədə məlumat verib. O, aparıcının öd kisəsinin çıxarılacağını bildirib:
“Daha əvvəl keçirdiyi mədə əməliyyatlarına görə öd kisəsi işləmirdi. Su içməməsi səbəbindən də böyrəklərdə yaranan daşlar kanalların yolunu kəsib”.