Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası prosesi qlobal pandemiya, həmçinin ötən il Ermənistan və Azərbaycan arasında baş vermiş müharibə səbəbindən təxirə salınmışdı.
Arazmedia.Az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin parlamentə təqdim etdiyi hesabatda bildirilib.
Qeyd edilib ki, Gürcüstan yaxın gələcəkdə prosesin bərpası üçün müvafiq işlər görməyə tam hazırdır.
“Komissiyaların iclasları, delimitasiya və demarkasiya prosesi davam etməlidir”, – sənəddə vurğulanıb.