Səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir. Jurnalist Aynur Elgünəşin Mingəçevir ŞMX-da qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb”.
Arazmedia.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib:
“Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq.
Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək”.
Qeyd edək ki, dünən jurnalist Elgünəş arayış almağa çalışarkən qarşılaşdığı xoşagəlməz münasibəti qələmə almışdı.