Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.
Arazmedia.Az xəbər verir ki, yarışın sonuncu günündə ilk olaraq “Formula 2” pilotları mübarizə aparacaq.
Ardınca isə əsas mərhələ start götürəcək.Saat 14:10-da “Formula 1″də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1″də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.
Azərbaycan Qran-prisi
6 iyun
“Formula-2”
Saat 12:45-13:50 – Əsas yarış
“Formula-1”
Saat 14:10-14:50 – Pilotların təqdimatı
Saat 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat 16:00-18:00. Əsas yarış
Qeyd edək ki, ilk 5 mərhələdən sonra “Red Bull”un sürücüsü Maks Ferstappen 105 xalla birinci, “Mercedes”dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk “3-lüy”ü 56 xalla “McLaren”in pilotu Lando Norris qapayır.
Komanda hesabında da “Red Bull” 149 xalla bütün rəqiblərini qabaqlayıb. “Mercedes” 148 xalla ikinci, “McLaren” 80 xala üçüncü sırada yer alıb.