Gürcüstanda son sutkada daha 832 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 624 nəfər müalicə olunaraq sağalıb.
Arazmedia.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-infeksiyasına 348 594 nəfər yoluxub, onların 332 304-ü sağalıb.
Ötən 24 saat ərzində xəstəlikdən 17, ümumilikdə isə 4 893 nəfər vəfat edib.