DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

“AİP” Ermənistanı beynəlxalq humanitar hüquqlara riayət etməyə çağırır

1 dəqiqəyə oxunur

“Analitik və İnformasiya Platforması” ictimayi təşkilatı olaraq, Ermənistandan beynəlxalq hüquqla müəyyən olunmuş öhdəlikləri, humanitar normaları və prinsipləri  yerinə yetirməyə cağırırıq.

2021-ci il iyunun 4-ü, saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad olunmuş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu  sərnişin avtomobili hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Mina partlayışı nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və yerli icra nümayəndəsi Arif Əliyev həlak olub. Rəsmi məlumata görə, yaralanan dörd nəfər xəstəxanaya yerləşdiriliblər.

Atəşkəs barədə 10 noyabr 2020-ci il razılaşmasından bu günə kimi  20 mülki şəxs və 7 hərbiçimiz işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həlak olub, 89 hərbiçi və 29 mülki şəxs isə yaralanıb.

Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir.

Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın bu vandalizmini pisləyir, beynəlxalq təşkilatlara, jurnalist hüquqlarını müadafiə edən qurumlara müraciət edərək, onları Ermənistanın bu hərbi cinayət əməllərinə qəti şəkildə etiraz etməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırırıq.

“Analitik və İnformasiya Platforması” təşkilatın sədri  Qulu İbrahimov.

Ukrayna, Kiyev.