DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Sərhədsiz Reportyorlardan Kəlbəcərdəki hadisəyə REAKSİYA

1 dəqiqəyə oxunur

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bu gün Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan media nümayəndələrinin ölümünə münasibət bildirib.

Arazmedia.Az xəbər verir ki, bu barədə beynəlxalq qeyri-hökumət təşkilatı “Twitter”də qeyd edib.

“Bu gün səhər iki azərbaycanlı jurnalist – AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov Dağlıq Qarabağda tank əleyhinə mina partlayışında həlak olublar. Onlar azad olunmuş Susuzluq kəndindən reportaj hazırlamaq üçün göndərilmişdi.

Bu, keçən ilin payızında Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərdən bəri Dağlıq Qarabağda ilk jurnalist ölümüdür. Sərhədsiz reportyorlar bu dəhşətli xəbərdən kədərləndiyini ifadə edir və hər iki tərəfin səlahiyyətli nümayəndələrini bu ərazidə jurnalistləri qorumağa çağırır”, – deyə təşkilat bildirib.