İsrailin Azərbaycandakı səfiri Corc Dik Kəlbəcərdə minaya düşərək şəhid olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.
Arazmedia.Az xəbər verir ki, diplomat bu barədə Tvitter hesabında yazıb.
“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalistin mina partlaması nəticəsində şəhid olması xəbəri bizi çox kədərləndirdi”, – deyən səfir hadisə qurbanlarının ailələrinə başsağlığı bildirib və həlak olanlara Allhadan rəhmət diləyib.
Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.