DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Dunya Miyatoviç ərazilərin minalardan təmizlənməsi ilə bağlı çağırış ETDİ

1 dəqiqəyə oxunur

Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç bu gün Kəlbəcərdə media nümayəndələrinin minaya düşməsinə münasibət bildirib.

Arazmedia.Az xəbər verir ki, Miyatoviç bununla bağlı Tvitter hesabında paylaşım edib.

“Kəlbəcərdə ikisi jurnalist olmaqla üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnmiş mina partlaması Qarabağdakı münaqişənin təsirinə məruz qalmış ərazilərin beynəlxalq əməkdaşlıq yolu ilə minalardan təmizlənməsinə təcili ehtiyacın olduğunu göstərir”, – paylaşımda deyilir.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.